Üç yaşlı uşağını “tərbiyələndirmək” istəyən ana onu beşinci mərtəbədən yerə saldı - FOTO/VİDEO

Üç yaşlı uşağını “tərbiyələndirmək” istəyən ana onu beşinci mərtəbədən yerə saldı - FOTO/VİDEO
Dünya
Oxunma sayı: 76
Rusiyanın Samara şəhərində 25 yaşlı içkili ana üç yaşlı uşağını "tərbiyə” məqsədi ilə beşinci mərtədən sallayarkən əlindən yerə salıb.
Bu barədə "Podyom” "Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, 25 yaşlı qadın uşağı paltarından tutaraq eyvandan sallayıb. Bununla bağlı yayılan kadrlarda uşağın "Ana, qorxuram” qışqırtısı eşidilir. Lakin ana "tərbiyəsinə” davam edib. Nəticədə mayka cırılıb və uşaq yerə çırpılıb.

<iframe class="adviad-resize" style="max-width: 100%; width: 590px; height: 0px !important; min-height: 0px !important; border-width: initial !important; border-style: none !important; margin: 0px !important; padding: 0px !important; display: block !important;"></iframe>
Şahidlərin sözlərinə görə, bundan sonra ana heç nə olmamış kimi yerə düşərək uşağı qucağına alıb və öz mənzilinə aparıb.
Artıq qadın saxlanılıb, ona qarşı "Çarəsiz vəziyyətdə olan azyaşlını öldürmə” maddəsi ilə cinayət işi açılıb.