“Ermənistan artıq mövcud deyil“ – Armen Gevorqyan

“Ermənistan artıq mövcud deyil“ – Armen Gevorqyan
Dünya
Oxunma sayı: 74
“Nikol adlı bir məxluq hamımızı qarşıdurmaya sürükləməyə çalışır”.
Bunu öz “Telegram” kanalında "Ermənistan" blokunun təşviqat qərargahının rəhbəri Armen Gevorqyan yazıb.
O qeyd edib: “Hər dəfə Nikol adlı bir məxluq hamımızı qarşıdurmaya sürükləməyə çalışır, əslində, kampaniyasını qarşıdurma yolu ilə aparır. Psixoloji natamamlığı ucbatından bunu anlamırsa, ətrafı, hətta öz gələcəyi naminə, etdiyi hər şeyin təhlükə dərəcəsindən xəbərdar olmalıdır.
Unutmayın (nəhayət, anlayın) 2018-ci ilin dekabrında mövcud olan Ermənistan artıq mövcud deyil. Nikolizmin siyasi bir təkzib predmeti olduğu, cəmiyyətin və ciddi siyasi qüvvələrin əsl hissləri ilə mübarizə apardığı Ermənistan var”.