Pakistanda terrorçularla toqquşma: Ölən var

Pakistanda terrorçularla toqquşma: Ölən var
Dünya
Oxunma sayı: 91
Pakistanın Bəlucistan əyalətində terrorçularla təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb.
Bu barədə Pakistan Silahlı Qüvvələri məlumat yayıb.
Bildirilib ki, qarşıdurma zamanı bir əsgər şəhid olub, 2 terrorçu zərərsizləşdirilib.
Qeyd edək ki, terrorçuların hansı təşkilata mənsub olduğu barədə məlumat verilməyib.