Erməni ekspert Zəngəzur dəhlizindən danışdı:

Erməni ekspert Zəngəzur dəhlizindən danışdı:
Dünya
Oxunma sayı: 31
«Bakının əsas məqsədi və vəzifəsi Ermənistan ərazisi vasitəsilə Naxçıvanla quru əlaqəsini təmin etmək üçün bir dəhliz əldə etməkdir».
«Armenian News» xəbər verir ki, bunu Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İsgəndəryan iyulun 27-də jurnalistlərlə görüşündə deyib.
“Təxminən 40 km-lik bu dəmir yolu Türkiyəyə çatacaq. Yolun erməni təhlükəsizlik qüvvələri tərəfindən qorunmamasını da istəyirlər. Azərbaycan buna can atır. Ancaq bir şeyi də başa düşmək lazımdır ki, Azərbaycan Ermənistanın iqtisadi inkişafı və Ermənistandan Rusiyaya gedən yolların açılmasından çox narahat deyil”.