Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin görüşü başladı

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin görüşü başladı
Dünya
Oxunma sayı: 29
Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Sahibə Qafarova, Mustafa Şentop və Əsəd Qeysərinin üçtərəfli görüşü keçirilir.
Toplantıda üç ölkənin qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunur.
Görüşün yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanması nəzərdə tutulub. Bundan başqa, iyulun 28-də Türkiyə Böyük Millət Məclisi sədrinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşü planlaşdırılıb.
M.Şentop Füzuli və Şuşa şəhərlərinə səfər edəcək.