Daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı

Daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı
Dünya
Oxunma sayı: 107
44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Erməni KİV xəbər verir ki,  hərbi qulluqçunun meyitinin qalıqları Füzuli istiqamətində aşkarlanıb. Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.
Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 661-ə çatıb.