"Vəkil" cinayətkarı məhkəmə zalında öldürdü - VİDEO

"Vəkil" cinayətkarı məhkəmə zalında öldürdü - VİDEO
Dünya
Oxunma sayı: 17
Hindistanın paytaxtı Dehlidə məhkəmə binasına silahlı hücum edilib. 
Binaya daxil  olan 2 nəfər özünü vəkil təqdim edib. Onlar məhkəmə  zalına daxil olaraq,  hindistanlı quldur dəstəsinin rəhbəri Jitendra Gogiyə atəş açıblar. 
Silahlı insident  nəticəsində 3 nəfər  ölüb, 2 nəfər ağır  yaralanıb. Silahlı  şəxslər  polis  tərəfindən zərərsizləşdiriblər. Onların Gogi  ilə düşmənçiliyi olduğu ortaya  çıxıb. 
Hadisə  ilə  bağlı  cinayət işi  açılıb. Faktla bağlı araşdırma aparılır.