Sarkisyan İrana yeni səfir təyin etdi

Sarkisyan İrana yeni səfir təyin etdi
Dünya
Oxunma sayı: 77
Namizədliyi Baş nazir Nikol Paşinyan tərəfindən irəli sürülən Arsen Avaqyan Ermənistanın İrandakı yeni səfiri təyin edilib.
Bu haqda informasiyanı dövlət başçısının mətbuat xidməti yayıb.
Mənbə yazır ki, Avaqyan XİN-də Qonşu Ölkələr Departamentinə rəhbərlik edib və digər ölkələrlə yanaşı İranla əlaqələrin inkişafından məsul olub.
Daha əvvəl Armen Sarkisyan 2015-ci ildən Ermənistanın diplomatik missiyasına rəhbərlik edən səfir Artaşes Tumanyanı geri çağırıb.