Sevdiyi qadının başını kəsib, bədənini hissələrə ayırdı

Sevdiyi qadının başını kəsib, bədənini hissələrə ayırdı
Dünya
Oxunma sayı: 70
Rusiyada Orenburq vilayətinin Orsk şəhərində qandonduran cinayət hadisəsi  baş verib.  
Kişi sevdiyi qadın tərəfindən rədd edilib.  Belə  ki, o, qadından intiqam almaq məqsədilə yaşadığı ünvana yollanıb.  Aralarında yaranan  mübahisə  qətllə nəticələnib.  Kişi 39  yaşlı qadının başını  kəsib.  Daha sonra isə  bədənini hissələrə ayırıb. O,  qadının parçalarını  çamadana yığaraq, meşəlik ərazidə  gizlədib.  Çox keçməyib ki,  qətlin üstü açılıb. 
Belə  ki, meşədə oynayan uşaqlar çamadanı  tapıblar. Hadisə yerinə gələn polis qrupları çamadanda meyit olduğunu müəyyən edib və hadisə ilə bağlı araşdırma başlayıb.
Araşdırmalar çərçivəsində çamadandakı cəsədin 39 yaşlı qadına aid olduğu müəyyən edilib. Ətraflı araşdırmalardan sonra təhlükəsizlik kameralarına baxış keçirilib və qətlə yetirilən qadının ətrafında olan şəxslər sorğu-sual edilməyə başlanıb.