Bu ölkədə peyvənd olunmayanların ictimai yerlərə girişi qadağan olundu

Bu ölkədə peyvənd olunmayanların ictimai yerlərə girişi qadağan olundu
Dünya
Oxunma sayı: 114
Estoniyada yalnız peyvənd olunmuşlar və koronavirusdan sağalanlar bazar ertəsindən ictimai yerlərə baş çəkə bilərlər.
Oktyabrın 25-dən Estoniyada koronavirusun yayılmasının məhdudlaşdırılması üçün yeni tədbirlər həyata keçirilir. Hökumətin qərarına əsasən, peyvənd olunmamış sakinlər COVID-19 testi neqativ olsa belə, bir sıra ictimai yerlərə, o cümlədən idman klublarına, iaşə obyektlərinə, teatrlara, kinoteatrlara, spa mərkəzlərinə və s. buraxəla bilməzlər.
 
Estoniyada da maska taxmaq tələbləri sərtləşdirilir. Satıcılar və xidmət göstərənlər ziyarətçilərin ticarət mərkəzlərinə və mağazalara maskasız daxil olmasına icazə verməməlidirlər.