Rusiyada mədəndə yanğın: Ölənlər var (YENİLƏNİB)

Rusiyada mədəndə yanğın: Ölənlər var (YENİLƏNİB)
Dünya
Oxunma sayı: 12
Rusiyanın Kemerevo vilayətinin Belovo şəhərindəki “Listvyajnaya” mədənində yanğın olub.
9 nəfər  baş vermiş tüstülənmə nəticəsində dünyasını  dəyişib. 
 
Yanğın baş verən kömür mədənindən onlarla yaralı şəxs  xəstəxanaya  yerləşdirilib. Bildirilir ki, ümumilikdə mədəndə 287 nəfər olub. Onlardan 104-nün yeri hələ ki, məlum deyil. Axtarışlar  davam edir. 
***09:49
Rusiyanın Kemerovo vilayətində “Listvyajnaya” mədənində yanğın olub.
Mədəndə baş verən tüstülənmə nəticəsində 15 nəfər xəsarət alıb.
Yaralı şəxslər xəstəxanaya çatdırılıb, onlardan ikisinin vəziyyəti ağırdır. Bildirilir ki, ümumilikdə mədəndə 287 nəfər olub. Onlardan 104-nün yeri hələ ki, məlum deyil.