Erməni ordusu Zəngəzurdan çıxarılır

Erməni ordusu Zəngəzurdan çıxarılır
Dünya
Oxunma sayı: 73
Demarkasiya və delimitasiya prosesinə başlamaq üçün ilkin şərt ordunun Zəngəzur bölgəsindən çıxarılması, yəni Zəngəzurun demilitarizasiyasıdır.
Bu barədə Ermənistanın "Hraparak” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.
"Baxmayaraq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan son mətbuat konfransında imzalanacaq demarkasiya və delimitasiyası üzrə müvafiq komissiyanın yaradılması ilə bağlı ilkin razılıq olacağını, mühüm məsələlərin isə danışıqlar zamanı müzakirə olunacağını bəyan edib, lakin bəzi dairələr artıq sənədin bəndlərini müzakirə edirlər”, - qəzet yazıb.//Ednews.net