Pakistanda hərbi helikopter qəzaya uğradı: Ölənlər var

Pakistanda hərbi helikopter qəzaya uğradı: Ölənlər var
Dünya
Oxunma sayı: 64
Pakistanın yüksək dağlıq bölgəsi olan Siaçin bölgəsində hərbi helikopter qəzaya uğrayıb. 
Pakistan ordusunun İctimaiyyətlə Əlaqələr Bölməsi Siaçin bölgəsində orduya məxsus helikopterin qəzaya uğradığını açıqlayıb. Hadisə  nəticəsində helikopterdə olan 2 pilotun həlak olub. 
Açıqlamada həmçinin də, axtarış-xilasetmə qruplarının bölgədə  işlər  apardığını  qeyd edib.  
Bildirək ki, Siaçin buzlaqı Karakoram dağlarının şərqində Pakistan, Hindistan və Çin arasında yerləşir .
Bununla yanaşı, Siaçin 1984-2003-cü illərdə Pakistan və Hindistan arasında münaqişələrə səhnə olduğu üçün " dünyanın ən yüksək döyüş meydanı " adlanır.