İsraildə quş qripi aşkar edildi

İsraildə quş qripi aşkar edildi
Dünya
Oxunma sayı: 61
İsrailin cənubunda quş qripi aşkarlanıb. 
Bu barədə Kənd Təsərrüfatı və Kənd İnkişaf Nazirliyinin bəyanatında deyilib. Bildirilib ki, ölkənin cənubundakı hinduşka fermasında patogen H5N1 quş qripi yayılıb. 
Yoluxma halları Aviqdor kəndindəki fermada, sahibinin hinduşkaların qeyri-normal tələf olması barədə məlumat verdikdən sonra aşkar edilib.
Qeyd edək ki, H5N1 quş qripi pişiklər, pələng və donuzlar kimi digər heyvanlar, həmçinin nadir hallarda insanlara da yoluxa bilər.
İnsanlarda quş qripinin ilk əlamətləri adətən ağır tənəffüs xəstəlikləri və qızdırmadır.