Nigeriyada FACİƏ: 17 şagird öldü

Nigeriyada FACİƏ: 17 şagird öldü
Dünya
Oxunma sayı: 104
Nigeriyanın Laqos şəhərində yük avtomobilinin sürücüsü maşını məktəblilərin üzərinə sürüb.

Trend bildirir ki, hadisə nəticəsində 17 məktəbli həlak olub.

Qeyd olunur ki, insident sürücünün polis təqibindən qaçması zamanı baş verib. Şagirdlər arasında xəsarət alanların olduğu da deyilir.

Hadisədən sonra yerli sakilər sürücünü linç etməyə çalışıb. Sürücü polis tərəfindən saxlanılıb, yük maşını isə sakinlər tərəfindən yandırılıb.