İsveçrədə yoluxma rekordu qeydə alındı

İsveçrədə yoluxma rekordu qeydə alındı
Dünya
Oxunma sayı: 86
İsveçrədə son sutka ərzində 12,6 minə yaxın koronavirusa yoluxma halı qeydə alınıb.
"RIA Novosti" xəbər verir ki, bu, ölkənin Federal Səhiyyə İdarəsinin statistikasına əsasən, bütün pandemiya dövründə mütləq rekorddur.
Nazirlikdən verilən məlumata görə, son 24 saatda 12.598 COVID-19 infeksiyasına yoluxma faktı qeydə alınıb, bir sutkada 34 nəfər infeksiyadan ölüb.
Ölkədə əhalinin 66%-dən çoxu (5,7 milyon nəfərdən çox) tam peyvənd olunub.
İsveçrədə pandemiyanın başlanğıcından bəri bir milyondan çox koronavirus infeksiyası qeydə alınıb, 11,3 mindən çox insan dünyasını dəyişib.