Gürcüstanda daha 5 567 nəfər koronavirusa yoluxub

Gürcüstanda daha 5 567 nəfər koronavirusa yoluxub
Dünya
Oxunma sayı: 68
Gürcüstanda son sutkada koronavirusa 5 567 yeni yoluxma faktı təsdiqlənib, 36 nəfər vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Daha 1 661 nəfərin müalicə olunaraq sağaldığı qeyd olunub.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 984 802 nəfər yoluxub. Onların 924 072-si sağalıb, 14 395-i isə dünyasını dəyişib.