Türkiyə və Ermənistan nümayəndələrinin görüşü başa çatıb - YENİLƏNİB (VİDEO)

Türkiyə və Ermənistan nümayəndələrinin görüşü başa çatıb - YENİLƏNİB (VİDEO)
Dünya
Oxunma sayı: 102
Türkiyə və Ermənistanın münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında Rusiyanın paytaxtı Moskvada keçirilən ilk görüş başa çatıb.
 Türkiyə KİV xəbər verir ki, danışıqlar 1,5 saat çəkib.
Görüşdə iki ölkə arasında münasibətlərin normallaşdırılması müzakirə olunub.
***13:06
Türkiyə və Ermənistan xüsusi nümayəndələri ilk görüş üçün Moskvada Rusiya Xarici İşlər Nazirliyinə gəliblər. 
Bu barədə RİA Novosti məlumat yayıb.
Ermənistan-Türkiyə dialoq prosesində Ermənistanın xüsusi nümayəndəsi Ermənistan Milli Assambleyasının sədr müavini Ruben Rubinyan, Türkiyənin nümayəndəsi isə Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçdır.