NATO Rusiyaya güzəştdən imtina etdi

NATO Rusiyaya güzəştdən imtina etdi
Dünya
Oxunma sayı: 16
"NATO şərqdə qoşunların təşkili və yerləşdirilməsinin genişləndirilməsi məsələsində güzəştə getməyəcək".
Bunu NATO baş katibi Yens Stoltenberq deyib.
"Biz indi Avropanın təhlükəsizliyi ilə bağlı kritik məqamdayıq. Rusiya ilə danışmalıyıq ki, bütün müttəfiqlərin yekdil mövqeyini ona çatdıraq. Əgər bu prinsipial məsələdirsə, heç bir güzəştə getməyəcəyik. Hər hansı bir ölkə NATO-ya üzvlüklə bağlı öz yolunu və qərarını seçmək hüququna malikdir”, - deyə, Stoltenberq ifadə  edib.