Yüzlərlə rus əsgərinin cəsədi soyuducuda saxlanılır - Video

Yüzlərlə rus əsgərinin cəsədi soyuducuda saxlanılır - Video
Dünya
Oxunma sayı: 16 505
Ötən gün Ukrayna hərbi hakimiyyət orqanları Kiyev və Çerniqov vilayətlərində döyüşlərdən sonra toplanan rus əsgərlərinin cəsədlərini soyuducu qatar vaqonlarına yükləyib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Ukraynanın mülki-hərbi əməkdaşlığının rəhbəri Volodimir Lyamzin ölkəsinin beynəlxalq hüquqa uyğun hərəkət etdiyini və cəsədləri Rusiyaya qaytarmağa hazır olduğunu bildirib:
“Beynəlxalq humanitar hüquq normalarına görə - Ukrayna onlara ciddi əməl edir - münaqişənin aktiv fazası başa çatdıqdan sonra tərəflər başqa ölkənin hərbçilərinin meyitlərini geri qaytarmalıdır. Ukrayna meyitləri təcavüzkara qaytarmağa hazırdır”.
Lyamzin bildirib ki, Ukraynanın müxtəlif bölgələrində rus əsgərlərinin cəsədlərinin saxlanıldığı bir neçə soyuducu qatar var.
“Reuters” tərəfindən lentə alınan Kiyevin kənarındakı obyektdə bir neçə yüz cəsəd olub.
“Bu soyuducu qatarda bir neçə yüz rus işğalçısının cəsədi saxlanılır. Onların əksəriyyəti Kiyev, bəziləri Çerniqov vilayətindən, bir neçəsi isə başqa rayonlardan gətirilib”, - Lyamzin əlavə edib.