Rusiya müharibə başlayandan Ukraynaya 2 mindən çox raket atıb

Rusiya müharibə başlayandan Ukraynaya 2 mindən çox raket atıb
Dünya
Oxunma sayı: 9 845
Rusiya genişmiqyaslı müharibə başlayandan indiyədək Ukraynaya azı 2 100 raket atıb.
Bu barədə Ukraynanın BMT-dəki nümayəndəsi Sergey Kislitsa Təhlükəsizlik Şurasının iclasında bildirib.
Monitorinq qrupunun məlumatına görə, müharibə başlayandan təkcə Belarus ərazisindən azı 633 döyüş başlığı buraxılıb.
Bundan əvvəl bildirilib ki, hazırda Rusiya gəmiləri Qara dənizdə tam döyüş hazırlığındadır. Ümumilikdə onların göyərtəsində 30 qanadlı raket var.