BŞİH-in sabiq əməkdaşı Türkiyədə həbs edildi

BŞİH-in sabiq əməkdaşı Türkiyədə həbs edildi
Dünya
Oxunma sayı: 1 372
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs tutulub.
Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 312-ci (rüşvət vermə) maddələri ilə axtarışda olan Cəlal Bağırov Türkiyədə saxlanılıb.
C. Bağırov Azərbaycana ekstradisiya edilərək istintaqa təhvil verilib. O, Bakı İstintaq Təcridxanasına köçürülüb. 
Qeyd edək ki, Cəlal Bağırov Hacıbala Abutalıbovun rəhbər olduğu dövrlərdə Bakı şəhər İcra Hakimiyyətində hüquqşünas-məsləhətçi vəzifəsində çalışıb.