Maradonanı müalicə etmiş həkimlər məhkəməyə çıxarılacaqlar
Dünya
Oxunma sayı: 7 411
Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı səkkiz nəfər həkim məhkəmə qarşısına çıxarılacaq. Öz növbəsində Argentinanın San-İsidro şəhər məhkəməsi tibb işçilərinə qarşı iddianın başlandığını təsdiqləyib. Qeyd olunur ki, məhkəməyə sədrlik edən hakim həkimlərin hər birini ölümə səbəb olan qeyri-peşəkar davranışa görə sorğu-sual edib. Qeyd edək ki, D.A.Maradona 2020-ci il noyabrın 26-sı 60 yaşında ürəktutmasından vəfat edib.