Rusiya artıq Ukraynaya uduzub - Blinken

Rusiya artıq Ukraynaya uduzub - Blinken
Dünya
Oxunma sayı: 2 706
Rusiyanın müstəqil Ukrayna ərazisinə dörd aylıq genişmiqyaslı hərbi müdaxiləsindən sonra ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiya Federasiyasının bu müharibədə artıq məğlub olduğunu bildirib.
Blinken bu barədə brifinq zamanı bildirib.
"Ukraynalılar inanılmaz cəsarətlə müdafiə olunur və Rusiya artıq uduzub. Putinin məqsədi, özünün dediyi kimi, Ukraynanı müstəqil və suveren ölkə kimi məhv etmək idi. Bu məqsəd uğursuzluğa düçar olub" - Blinken bildirib.