Erməni hərbçilər qəzaya düşdü - 1 ölü, 4 yaralı

Erməni hərbçilər qəzaya düşdü - 1 ölü, 4 yaralı
Dünya
Oxunma sayı: 9 156
Ermənistanın Sünik (Qərbi Zəngəzur) bölgəsində hərbçiləri daşıyan “KamAZ” markalı avtomobil qəzaya düşüb.
Erməni mətbuatı xəbər verir ki, hadisə nəticəsində bir erməni hərbçi ölüb, dördü isə yaralanıb.
Qeyd olunub ki, hadisə İrəvan-Mehri yolunda baş verib. Belə ki, yolda “Mercedes” markalı minik avtomobili ilə Ermənistan Müdafiə Nazirliyinə məxsus “KamAZ” toqquşub.