Zelenski Gürcüstan xalqına müraciət ünvanlayıb: “Biz sizə kömək edəcəyik!”

Zelenski Gürcüstan xalqına müraciət ünvanlayıb: “Biz sizə kömək edəcəyik!”
Dünya
Oxunma sayı: 17 919
"Ötən gün Ukrayna Avropa İttifaqına üzvlüyə namizəd statusu alıb. Siz bu yoldasınız. Addımlayın, biz sizə kömək edəcəyik!”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Tbilisidə keçirilən mitinq iştirakçılarına videomüraciətində deyib.
O, Ukraynanın heç vaxt təslim olmayacağını bildirib: "Abxaziya və Cənubi Osetiya sizin olduğu kimi, Donbas və Krım da bizim torpağımızdır. Bizim döyüşçülərlə birlikdə ruslara qarşı vuruşan Gürcüstan övladlarına minnətdaram. Onların uğuru bizim ümumi uğurumuz, onların yarası bizim yaramızdır. Bizim qələbəmiz isə onların hər birinin, eləcə də sizin hər birinizin qələbəsi olacaq”.
Mitinq iştirakçılarına Ukraynanın hakim "Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya da müraciət edib. O deyib ki, Ukrayna və komandası Gürcüstanın böyük Avropa ailəsinə qoşulması üçün əlindən gələn hər şeyi edəcək: "Bu gün dərk etmək çox ağırdır ki, bütün gürcülər bir oliqarxın girovuna çevrilib. Onun ailə üzvləri Avropa İttifaqında yaşayır. Gürcülər isə şanslarını itirirlər və bu gün gözləməlidirlər. Ümid edirəm ki, gürcülər hökumətlərinin hərəkətlərini düzgün qiymətləndirəcəklər”./report