Ukraynada "Bayraktar" zavodu tikiləcək

Ukraynada "Bayraktar" zavodu tikiləcək
Dünya
Oxunma sayı: 2 286
Hökumət bu yaxınlarda Ukraynada "Bayraktar" zavodunun tikintisinə dair ikitərəfli sazişi təsdiqləyib və ratifikasiya üçün parlamentə göndərib.
Bu barədə Ukraynanın Türkiyə Respublikasındakı səfiri Vasili Bodnar deyib.
Səfirin sözlərinə görə, şirkətin sahibi artıq Ukraynada torpaq sahəsi alıb, zavodun layihəsini özü hazırlayıb və onu sona qədər həyata keçirməyə hazırdır: "Və bu (Ukraynada zavodun tikintisinə başlamaq öhdəliyi - red.) təkcə siyasi deyil, həm də praktikdir, çünki bu zavodda istehsal olunacaq modellərin əhəmiyyətli bir hissəsində Ukrayna istehsalı olan komponentlər olacaq". 
"Müharibəyə baxmayaraq, şirkətlərimiz öhdəliklərini yerinə yetirməkdə davam edir. Ola bilsin ki, nəzərdə tutulan həcmdə deyil, amma onlar bu işi tərk etmirlər və bu da bizim Türkiyə tərəfini öz öhdəliyi ilə tək qoymayan nə qədər məsşeylərin tədarükündədiruliyyətli bir tərəfdaş olduğumuzu göstərir", - səfir qeyd edib.