İraqda istilər nəticəsində sursat anbarı partladı - 7 ÖLÜ

İraqda istilər nəticəsində sursat anbarı partladı - 7 ÖLÜ
Dünya
Oxunma sayı: 6 576
İraqın cənubunda yerləşən Nəcəf şəhərində Olimpiya Stadionunun yaxınlığında partlayış baş verib. 
Xarici KİV xəbər verir ki, partlayış şiə lideri Müqtəda Sədrin rəhbərlik etdiyi Sədr Qrupunun silahlı qanadı olan Saraya əl-Salam-a məxsus silah və sursat anbarında qeydə alınıb. 
Partlayış nəticəsində 7 nəfər ölüb, ən azı 3 nəfər yaralanıb. 
Bildirilib ki, partlayışa Nəcəf şəhərində həddən artıq istilər səbəb olub.