İraqda sursat anbarında partlayış: 7 ÖLÜ

İraqda sursat anbarında partlayış: 7 ÖLÜ
Dünya
Oxunma sayı: 6 824
 İraqın cənubunda yerləşən Nəcəf şəhərində şiə lideri Müqtəda Sədrin rəhbərlik etdiyi Sədr Qrupunun silahlı qanadı olan Saraya əl-Salamın silah və sursat anbarında partlayış baş verib. Silah və sursat anbarının şəhərdəki Olimpiya Stadionunun yaxınlığında yerləşdiyi bildirilib və səlahiyyətlilər partlayış nəticəsində 7 nəfərin öldüyünü, ən azı 3 nəfərin yaralandığını açıqlayıb.