Rusiyada səfərbərliyə qarşı etiraz - Mindən çox şəxs saxlanılıb (YENİLƏNİB)

Rusiyada səfərbərliyə qarşı etiraz - Mindən çox şəxs saxlanılıb (YENİLƏNİB)
Dünya
Oxunma sayı: 8 665
Rusiyada səfərbərliyə qarşı keçirilən aksiyalarda 1026-dan çox şəxs saxlanılıb.
Bu barədə “OVD-İnfo” hüquq-müdafiə təşkilatı məlumat yayıb.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, həbslər 38 şəhərdə aparılıb. Saxlanılanların əksəriyyəti Moskva (394 nəfər), Sankt-Peterburq (376 nəfər) və Yekaterinburqda (40 nəfər) olub.
21:36
Hüquq mühafizə orqanları Moskvada icazəsiz etiraz aksiyasının iştirakçılarını saxlamağa başlayıb. 
Polis kütləni dağılmağa və asayişi pozmamağa çağırıb, həmçinin aksiyaya hakimiyyət tərəfindən icazə verilmədiyi üçün həbslərə başlaya biləcəkləri barədə xəbərdarlıq edib.
Xəbərdarlıqlara baxmayaraq etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərinə məhəl qoymayıblar və aksiyaçılardan biri plakat qaldırdıqdan sonra həbslər başlayıb.
Günün əvvəlində Moskva prokurorluğu razılaşdırılmamış kütləvi aksiyalarda iştirakın məsuliyyətlə üzləşə biləcəyini xatırladıb. Roskomnadzor isə internetdə Rusiyada səfərbərlik prosesi ilə bağlı yalan məlumatlar yayılarsa, medianı “dərhal bloklamaq” barədə  xəbərdarlıq edib .