Ukrayna Rusiyanın hərbi itkilərini açıqladı

Ukrayna Rusiyanın hərbi itkilərini açıqladı
Dünya
Oxunma sayı: 8 701
Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin daha 400 hərbçisini məhv edib.  
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bununla da müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 55 510-a çatıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 236 tank, 4 776 zirehli döyüş maşını, 1 341 artilleriya sistemi, 318 reaktiv yaylım atəşi sistemi, 169 hava hücumundan müdafiə sistemi, 253 təyyarə, 218 helikopter, 941 PUA, 240 qanadlı raket, 15 gəmi, 3 630 avtomobil texnikası və avtosistern, 125 xüsusi texnikadan ibarətdir.