Zaporojye AES ətrafında şiddətli döyüşlər gedir - VİDEO

Zaporojye AES ətrafında şiddətli döyüşlər gedir - VİDEO
Dünya
Oxunma sayı: 1 419
Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O qeyd edib ki, Ukrayna Ordusunun Xerson və Donetsk vilayətləri istiqamətində irəlilədiyi deyilir. Bildirilir ki, ötən gün ərzində daha 20 yaşayış məntəqəsi işğaldan azad olunub.
Jurnalistin sözlərinə görə, Zaporojye vilayətində gərginlik davam edir.
“Zaporojye AES ətrafında şiddətli döyüşlərin getdiyi bildirilir. Ukrayna Silahlı Qüvvələri Atom Elektrik Stansiyasının (AES) yerləşdiyi Enerqodor şəhərini azad etməyə çalışır”, - deyə əlavə edilib.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: