"200 mindən çox rus orduya yazılıb" - Şoyqu

"200 mindən çox rus orduya yazılıb" - Şoyqu
Dünya
Oxunma sayı: 6 622
Rusiyada 200 mindən çox insan qismən səfərbərliyə yazılıb. 
TASS xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, səfərbər olunanların zəruri geyim dəstləri və digər əmlakla təmin edilməsi, hərbi vəzifələrə təyin edilməsi barədə müvafiq rəsmi şəxslərə tapşırıqlar verilib.  Müdafiə naziri bildirib ki, çoxlu sayda könüllü komissarlıqlara müraciət edir.