Rusiya ilhaq etdiyi ərazilərin sərvətlərini mənimsəyir

Rusiya ilhaq etdiyi ərazilərin sərvətlərini mənimsəyir
Dünya
Oxunma sayı: 6 516
"Əkin sahələrini nəzərə alsaq, hesab edirəm ki, Rusiyanın taxılına təxminən 5 milyon ton taxıl əlavə olunacaq".
Bunu Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev  jurnalistlərə açıqlamasında deyib.
O, ilhaq edilmiş - Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin kənd təsərrüfatı potensialının ölkəsi üçün əlverişli olacağını deyib. 
Patruşev həmçinin bölgədən bəzi kənd təsərrüfatı məhsullarının Rusiyaya daşındığını bildirib.
Sözügedən bölgələrdə kənd təsərrüfatı sənayesinin inkişaf etmiş vəziyyətdə olduğuna diqqət çəkən Patruşev, “Vətəndaşlarımızın həmin torpaqlarda istehsal olunan məhsulları dadmaq imkanı var. Emal üçün yetişdirdiyimiz məhsulların bir qismi də ora göndərilir. Ona görə də biz yeni sahələrdə qarşılıqlı fəaliyyət yollarını inkişaf etdirəcəyik. Biz çətinliklərin öhdəsindən gələcək və kənd təsərrüfatı sektorunu inkişaf etdirəcəyik”, - deyib.