"Belarus Rusiyanın xüsusi hərbi əməliyyatlarında iştirak edir" - Lukaşenko

"Belarus Rusiyanın xüsusi hərbi əməliyyatlarında iştirak edir" - Lukaşenko
Dünya
Oxunma sayı: 6 506
Belarus Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatda iştirak edir.
Bunu Belarusz prezidenti Aleksandr Lukaşenko hərbi təhlükəsizlik məsələləri üzrə iclasda deyib.  
Onun sözlərinə görə, eyni zamanda o Belarus əsgərlərini Ukraynaya göndərməkdən imtina etdiyini vurğulayıb. 
“Ukraynada xüsusi hərbi əməliyyatda iştirakımıza gəlincə, biz orada iştirak edirik. Biz bunu gizlətmirik. Amma biz heç kimi öldürmürük. Biz ordumuzu heç yerə göndərmirik. Biz öhdəliklərimizi pozmuruq”, - deyə dövlət başçısı bildirib.
Bundan əvvəl Belarus prezidenti xarici ölkə səfirlərinin etimadnamələrinin qəbulu mərasimində bildirmişdi ki, belaruslar heç vaxt heç kimə hücum etməyiblər.