Estoniyalı heykəltəraş Matti Varik tərəfindən yaradılmış Vladimir Leninin büstü bu gün Finlandiyanın Kotka şəhərinin mərkəzindən götürülüb. Bu barədə “Yle” məlumat yayıb. Qeyd olunur ki, Leninin heykəli şəhərə 1979-cu ildə o vaxt Sovet İttifaqının tərkibində olan Tallin tərəfindən hədiyyə edilib. Kotkadakı heykəl sovet siyasətçisinin Finlandiyadakı sonuncu böyük abidəsi idi.