Saakaşvilinin səhhəti kəskin pisləşdi

Saakaşvilinin səhhəti kəskin pisləşdi
Dünya
Oxunma sayı: 6 287
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhətinin kəskin pisləşməsi ilə əlaqədar Tbilisidə məhkəmədən kənar proses keçirilməyib.
Bu barədə onun vəkili Şota Tutberidze bildirib.
Məhkəmə prosesi Saakaşvilinin müalicə olunduğu “Vivamed” klinikasında keçirilməli idi.
Vəkil deyib: "Bu gün məhkəmə və prokurorluq nümayəndələri heç bir xəbərdarlıq etmədən Mixail Saakaşvilinin xəstəxanasına soxularaq ondan ifadə almağa çalışıblar. Bu qanunsuz hərəkətlər aakaşvilinin səhhətinin kəskin pisləşməsinə səbəb olub. Ona təcili tibbi yardım göstərilib”.
Xatırladaq ki, eks-prezident 2021-ci il sentyabrın 29-da Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham olunur. O, gizli şəkildə ölkəyə qayıdıb, oktyabrın 1-də Tbilisidə saxlanılıb.