Qüdsdə bir-birinin ardınca partlayış baş verib: 14 YARALI

Qüdsdə bir-birinin ardınca partlayış baş verib: 14 YARALI
Dünya
Oxunma sayı: 783
Yerusəlimdə səhər saatlarında iki partlayış baş verib. İsrail polisi ilk partlayışın Qərbi Qüdsün girişində yerləşən Givat Şaul bölgəsindəki avtobus dayanacağında yerli vaxtla saat 07:06-da baş verdiyini, 2-si ağır olmaqla ən azı 11 nəfərin yaralandığını bildirib. Yarım saat sonra Yerusəlimin başqa bir girişi olan Ramot qovşağında avtobus dayanacağı yaxınlığında növbəti partlayış baş verib və 3 nəfər yaralanıb. Bildirilib ki, hadisə yerində olan polis qrupları araşdırmalarını davam etdirir.