Paşinyan Ermənistanın dövlət borcunun həcmini BİLMƏDİ

Paşinyan Ermənistanın dövlət borcunun həcmini BİLMƏDİ
Dünya
Oxunma sayı: 5 782
"İndi çoxlu spekulyasiyalar var, deyirlər, Ermənistanın dövlət borcu 7 milyard dollar olub."
Bunu Ermənistanın Baş naziri Nkol Paşinyan hökümətin bugünki iclasında deyib.  
Onun bu çıxışından sonra  maliyyə naziri Tiqran Xaçatryan Paşinyana,  "7 milyard?" - deyə sual ünvanlayıb, o isə cavabında "Bəli, neçə milyard olub?”, - deyib.  
Daha sonra Tiqran Xaçatryan bildirib ki,  Ermənistanın dövlət borcu 10 milyarda çatıb. 
Paşinyan isə çıxışına davam edərək, "Bizim problemimiz borcumuzun 10 və ya 15 milyard olmamasında deyil, bizim problemimiz ondan ibarətdir ki, borcumuz ÜDM-ə nisbətdə artmamalı, azalmalıdır”, - deyə  qeyd edib.