"Taliban" 12 nəfəri stadionda döydü: Tamaşaçıların gözü qarşısında

"Taliban" 12 nəfəri stadionda döydü: Tamaşaçıların gözü qarşısında
Dünya
Oxunma sayı: 5 666
Əfqanıstandakı “Taliban” tamaşaçıları 12 nəfərin kütləvi döyülməsinə dəvət edib. 
Bu barədə yerli rəsmiyə istinadən Associated Press məlumat yayıb.
Radikallar Lohar əyalətinin Pul Alam şəhərindəki stadionda yüzlərlə yerli sakinin gözü qarşısında üç qadın və doqquz kişini döyüblər. Qubernatorluq sosial şəbəkələr vasitəsilə “fəxri alimlərə, mücahidlərə, ağsaqqallara, tayfa başçılarına və yerli sakinlərə” cəza tədbirini izləmək üçün dəvət göndərib.
Oğurluq və zina ittihamı ilə mühakimə olunanların hər biri 21-dən 39-a qədər şallaq zərbəsi alıb. Rəsminin sözlərinə görə, döyülmələrdə yüzlərlə adam iştirak edib, foto və video çəkilişlərə qadağa qoyulub.
Lohar qubernatorunun müavini Enayatullah Şuca daha sonra döyülmələrlə bağlı açıqlamasında "Şəriət qanunu Əfqanıstandakı problemlərin yeganə həllidir və ona hörmət edilməlidir", - deyib.