Ukraynanın üç sərhəd-keçid məntəqəsinin fəaliyyəti dayanıb: Elektrik yoxdur

Ukraynanın üç sərhəd-keçid məntəqəsinin fəaliyyəti dayanıb: Elektrik yoxdur
Dünya
Oxunma sayı: 5 731
Ukraynanın Macarıstan və Rumıniya ilə sərhədində üç keçid məntəqəsinin fəaliyyəti dayanıb.
Buna səbəb elektrik təchizatının olmamasıdır.
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti açıqlama verib.
“Məlumat veririk ki, enerji təchizatının olmaması səbəbindən Rumıniya ilə sərhəddə yerləşən “Solotvino” və Macarıstanla sərhəddəki “Kosino” və “Dzvinkovo” ​​keçid məntəqələrində sərhədi keçmək istəyən insanların və nəqliyyat vasitələrinin qeydiyyatı dayandırılıb”, - deyə Ukrayna Dövlət Sərhəd Xidmətindən bildirilib.
Səyahətçilərdən imkan daxilində digər keçid məntəqələrindən keçmələri xahiş olunur.
Mənbə: Yevropeyskaya pravda