Saakaşvilinin zəhərlənməsi araşdırılacaq

Saakaşvilinin zəhərlənməsi araşdırılacaq
Dünya
Oxunma sayı: 5 644
Gürcüstanın Ədliyyə Nazirliyi ölkənin Milli Məhkəmə Ekspertizası Bürosunun əməkdaşlarına həbsxanadakı üçüncü prezident Mixail Saakaşvilinin zəhərlənməsi ilə bağlı məlumatın nə dərəcədə doğru olduğunu öyrənmək üçün onun sağlamlıq vəziyyətini öyrənməyi tapşırıb.
Bunu Gürcüstanın ədliyyə nazirinin müavini Beka Dzamamaşvili bildirib.
“O, Saakaşviliyə dedi ki, heç vaxt belə şübhələri olmayıb. Bu şübhələri nəhayət aradan qaldırmaq üçün ekspertiza təyin etmişik. Yalnız o tamamlandıqdan sonra əlavə şərhlərlə çıxış etmək mümkün olacaq”, - nazir müavini bildirib.
Saakaşvilinin zəhərlənməsini ötən həftəsonu onun vəkili Valeri Qelbaxiani və eks-prezidentin anası Giuli Alasaniya xarici ekspertlərin apardığı araşdırmaların nəticələrinə istinadən elan ediblər. Xüsusilə Mixail Saakaşvilinin anası oğlunun orqanizmində civənin normadan artıq olduğunu iddia edib.