Doğuş sancısı hiyləsi ilə təyyarəni endirib qaçdılar

Doğuş sancısı hiyləsi ilə təyyarəni endirib qaçdılar
Dünya
Oxunma sayı: 8 853
Mərakeşin Kasablanka şəhərindən İstanbula uçan Pegasus Hava Yollarına məxsus sərnişin təyyarəsi İspaniyanın Barselona şəhərində məcburi eniş edib.
İspaniya hökuməti Barselonanın El Prat hava limanında təcili eniş edən təyyarədən düşən 28 nəfərlik qrupun uçuş-enmə zolağında qaçmağa çalışdığını açıqlayıb.
İspaniya polisi səlahiyyətlilərin dediyinə görə, təyyarədə yalandan doğuş etdiyini bildirən hamilə qadın da daxil olmaqla 14 nəfəri saxlayıb.
BBC-də yer alan xəbərə görə, Kasablanka-İstanbul reysini həyata keçirən Pegasus Hava Yollarına məxsus təyyarənin eniş anında qapıları açılan kimi sözügedən qrupun təyyarədən atıldığı bildirilir.
Xəbərdə tutulan 14 nəfərdən 5-nin yenidən təyyarəyə mindirildiyi, qalanlarının isə Mərakeşə deportasiya ediləcəyi bildirilib.