Bu ölkədə 402 məhbus əfv edildi

Bu ölkədə 402 məhbus əfv edildi
Dünya
Oxunma sayı: 944
Özbəkistanda Prezident Şavkat Mirziyoyevin fərmanı ilə 402 nəfər əfv edilib.
Bu barədə Özbəkistan KİV-i məlumat yayıb.
Əfv olunanlardan 128 nəfər əsas cəzanı çəkməkdən tam, 201 nəfər şərti olaraq cəza çəkməkdən azad edilib, 15 nəfərə təyin edilmiş cəza daha yüngül cəza ilə əvəz edilib. Bundan başqa, 58 nəfərin azadlıqdan məhrum etmə növündə cəza müddəti azaldılıb.
Əfv olunanlar arasında 17-si xarici dövlətlərin vətəndaşı, 63-ü qadın, 26-sı 60 yaşdan yuxarı kişi, 19-u qadağan olunmuş təşkilatların fəaliyyətində iştirak edən şəxslərdir.
Qeyd olunur ki, sərəncam ölkə Konstitusiyasının qəbulunun 30 illiyi ilə əlaqədar imzalanıb.