"Aİ Azərbaycanla sərhəddə müşahidə missiyasını uzatsa..." - Zaxarova

"Aİ Azərbaycanla sərhəddə müşahidə missiyasını uzatsa..." - Zaxarova
Dünya
Oxunma sayı: 6 442
Aİ Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa çalışır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 
Onun sözlərinə görə, azərbaycanlı və erməni həmkarları ilə təmaslar zamanı bu məsələ mütəmadi olaraq müzakirə olunur: "Biz Brüsselin istənilən vasitə ilə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə nüfuz etmək istəyindən xəbərdarıq. Sadəcə olaraq onların mövcudluğunu gücləndirmək və sonda Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq üçün. Bu onların arzusudur. Hadisələrin inkişafını təxmin etməyək, Cənubi Qafqazda, o cümlədən Transqafqaz ölkələri arasında regiondankənar faktorun güclənməsi ilə bağlı diametral əks fikirlər mövcuddur. Həm Bakı, həm də İrəvanla təmaslarda bu mövzu müntəzəm olaraq müzakirə olunur".
Diplomatın fikrincə, hər şey onu deməyə əsas verir ki, Aİ Cənubi Qafqazdakı fəaliyyətində öz fürsətçi maraqlarını rəhbər tutur: "Aİ-nin Azərbaycanla sərhəddə Ermənistan tərəfində müşahidə missiyasının uzadılması barədə qərar qəbul edilərsə, biz əlavə şərh verəcəyik".