"Ermənistanın Türkiyə və Azərbaycana Fransa və ABŞ-dan daha çox ehtiyacı var" - Kalın

"Ermənistanın Türkiyə və Azərbaycana Fransa və ABŞ-dan daha çox ehtiyacı var" - Kalın
Dünya
Oxunma sayı: 6 255
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanandan sonra regiona sülh və firavanlıq gələcək.
Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ankarada Bilkənd Universitetində Türkiyənin xarici siyasətinin perspektivlərinə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, bundan hamı, ən çox da Ermənistan yararlana biləcək. “Çünki Ermənistan dənizə çıxışı olmayan, 3 milyon əhalisi olan kiçik bir ölkədir. Azərbaycan və Türkiyə ilə münasibətlərin tənzimlənməsi ən çox Ermənistanın inkişafına kömək edəcək.
Erməni diasporunun fikrincə, Ermənistanın Türkiyə və Azərbaycana Fransa və ABŞ-dan daha çox ehtiyacı var.
Açıq desək, bu gün Ermənistan Rusiyanın hərbi himayədarlığı və iqtisadi nəzarəti altındadır. Ermənistan varlığı üçün çalışan, özünü Qərb blokunun bir hissəsi kimi yerləşdirən ölkədir. Ermənistan üçün ən yaxşı həll Türkiyə və Azərbaycanla münasibətlərin nizamlanmasıdır”, - Kalın bildirib.