Festival ərazisində kran aşdı: 4 ölü, 9 yaralı

Festival ərazisində kran aşdı: 4 ölü, 9 yaralı
Dünya
Oxunma sayı: 8 033
Hindistanın Tamil Nadu əyalətindəki Draupati məbədində keçirilən Draupathi Amman şənliyi zamanı şounu icra edənlərin çıxdığı kranın aşması nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.
Hindistanın Tamil Nadu əyalətinin Kilveedi kəndindəki Draupati məbədində Əmman Draupati şənliyi çərçivəsində müxtəlif tədbirlər keçirilib.
Ötən gecə baş verən hadisələr zamanı şou nümayiş etdirən şəxslərin çıxdığı  kran aşıb. Yerli vaxtla saat 20:15 radələrində baş verən qəzada 4 nəfər həyatını itirib, 9 nəfər yaralanıb.