Vulkan bir gündə 8 dəfə püskürdü

Vulkan bir gündə 8 dəfə püskürdü
Dünya
Oxunma sayı: 1 318
İndoneziyada Yava və Sumatra adaları arasında Sunda boğazında yerləşən Anak-Krakatau vulkanının püskürməsi başlayıb. 
Bu barədə İndoneziyanın ANTARA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, vulkan yanvarın 23-ü səhər saatlarından indiyədək 8 dəfə püskürüb. Yanvarın 24-də vulkanik kül sütunu təxminən 2 km hündürlüyə qalxıb. 
Hakimiyyət əhaliyə vulkana 5 km-dən yaxın məsafədə yaxınlaşmağı qadağan edib.