Yeni “Aşk-ı memnu”nun Nihali o oldu

Yeni “Aşk-ı memnu”nun Nihali o oldu
Dünya
Oxunma sayı: 6 718
Yenidən çəkilməsi gözlənilən “Aşk-ı memnu”da daha bir obrazı canlandıracaq aktyor bəlli olub.
Bihterin Farah Zeynep Abdullah olacağı ekran işində Nihali gənc aktrisa Helin Kandemir oynayacaq.
Qeyd edək ki, bu dəfə lentə alınacaq filmdə 1900-cü illər əks olunacaq. 

Xatırladaq ki, 2008-2010-cu illərdə izlənmə rekordları qıran serialda Bihter obrazına Beren Saat həyat vermişdi. Nihal Ziyagili isə Hazal Kaya canlandırmışdı.
Onu da bildirək ki, “Aşkı Memnu” Halit Ziya Uşaklıgilin əsəridir. Əsərin ilk versiyası 1899-cu ildə “Servet-i Fünûn” dərgisində, daha sonra isə 1901-ci ildə kitab formasında təqdim olunub. Serialın ilk versiyası isə 1975-ci ildə çəkilib. 1 sezon yayımlanan ekran işi 6 bölümdən ibarət olub. Həmin serialda Bihter obrazını isə Müjde Ar canlandırıb.