NASA dünyanın məhv olacağı tarixi açıqladı

NASA dünyanın məhv olacağı tarixi açıqladı
Dünya
Oxunma sayı: 6 565
NASA dünyanın məhvolma tarixini hesablayıb. 
Tədqiqat qrupu Günəşin Yerdəki oksigeni tükəndirdiyindən sonra Yer kürəsinin yaşamaq üçün yararsız hala düşəcəyini müəyyən edib.
Nəticələrə görə, dünyanın sonuna bir milyard il var: "Yer günəş şüaları hesabına oksigenləşir. Lakin kifayət qədər ləng gedən bu proses gündəlik həyata təsir etmir. Modelləşdirmədə, bu gündən düz 1 milyard il sonra, yəni tarixlər 1.000.002.021-i göstərdikdə, oksigen miqdarı yaşamaq mümkün olmayan səviyyəyə enəcək".
Araşdırma qrupunun üzvü olan Kazumi Ozaki qeyd edib ki, onlar inkişaf etdirdikləri modeli 400 000 dəfə işləyiblər.